Naxçıvanda Vətən müharibəsi iştirakçıları və şəhidlərinin ailə üzvləri ilə bağlı yaradılan Psixoloji Dəstək Xidmətində 40-a yaxın şəxslə seanslar aparılıb - VİDEO

A- A A+

Muxtar respublikada  Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçılarına dəstək məqsədilə Psixoloji Dəstək Xidməti yaradılıb. Xidmət Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunub. Müvafiq kateqoriyadan olan şəxslərə mərkəzin psixoloqu tərəfindən lazımi psixoloji bərpa xidmətləri göstərilir. Bugünədək xidmətdə 40-a yaxın şəxslə seanslar aparılıb.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: