Naxçıvan şəhərində balaca oxucular üçün kitab sərgisi təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərində məktəblilər və azyaşlı uşaqlar  üçün  növbəti  kitab sərgisi təşkil olunub.

Sərgi Naxçıvan şəhərindəki İstiqlal küçəsi 124 və 126 nömrəli  binaların həyətində təşkil edilib.

Sərgidə yeni ədəbiyyatların nümayiş etdirilməsi ilə yanaşı, cari ildə yubıleyi qeyd edilən Nizami Gəncəvi və Aşıq Ələsgərin yaradıcılıqları barədə iştirakçılara  məlumat verilib, məktəblilərlə mütailə etdikləri kitablar haqqında  müzakirələr aparılıb, kiçik yaşlı oxuculara nağıllar söylənilib. 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: