Bu il Azərbaycanda yeni doğulan körpələrin və nikahların sayı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova qeyd edib ki, bu ilin 6 ayı ərzində Azərbaycanda 56 301 doğum qeydə alınıb.
Onun sözlərinə görə, qeyd olunan müddət ərzində qeydə alınan nikahların sayı 23 233 təşkil edib.