Rabitəçilərin ixtisasartırma kursları davam edir

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirlik tərəfindən rabitə idarələrində işləyən mütəxəssislərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində ixtisaslarının artırılması davam etdirilir.

İyun ayından etibarən təşkil edilmiş kurslara 57 işçi cəlb olunub. Bir kursun tədris müddəti 1 aydır və kursun növbəti mərhələsində isə 17 nəfər tədrisi davam etdirəcək.

Qeyd edək ki, kursların ikinci mərhələsini Naxçıvan şəhər və Babək rayon rabitə idarələrindən 15 nəfər bitirib, ümumilikdə isə 31 nəfər ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurub.

Kurslar müdavimlərin müvafiq peşələrə yiyələnmələrinə, peşə yönümlü nəzəri və praktiki biliklərin artırılmasına və  ixtisaslı kadr kimi formalaşmalarına geniş imkanlar yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: