Türkiyədə yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə Azərbaycan yanğınsöndürənlərinə minnətdarlıq ifadə edilib - FOTOLAR

A- A A+

Avqustun 14-də Türkiyənin Muğla vilayətinin valisi Orxan Tavlı, qardaş ölkənin daxili işlər nazirinin müavini Mehmet Ersoy, gənclər və idman nazirinin müavini İhsan Selim Baydaş Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ilə görüşüblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin çətin tapşırığı uğurla başa vuraraq, ölkəmizə qayıtması ilə əlaqədar təşkil olunan görüşdə yanğınsöndürənlərimizin Türkiyədəki yanğınlara qarşı mübarizədə göstərdikləri fədakarlıq yüksək qiymətləndirilib. Söhbət zamanı Türkiyə üçün çətin gündə göstərilən əsl qardaşlıq dəstəyinə və həmrəyliyə görə Azərbaycana dərin minnətdarlıq ifadə olunub.

Sonra rəsmi şəxslər yanğınsöndürənlərlə birgə nahar ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: