Özünüzü və sevdiklərinizi “Botulizm”dən qoruyun - VİDEO
İlin bu dövründə qışa hazırlıq məqsədilə mürəbbə, turşu və bir sıra digər konservləşdirilmiş məhsullar hazırlayaraq tədarük görülür. Ev şəraitində hazırlanan bu məhsulların istifadəsi bəzən ağır zəhərlənmələrə səbəb ola bilir. Belə zəhərlənmələrlə bağlı yaranan xəstəlik “botulizm” adlanır. Təəssüf ki, istehlakçıların bir çoxu bu xəstəlik və onun müalicəsi, profilaktikası barədə çox az məlumata malikdirlər.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: