Şahbuz yaylaqlarındakı mal-qaralar müayinə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları Batabat ərazisindəki yaylaqlarda dezinfeksiya və dezinseksiya işləri aparıb.

Onlar yaylaqlarda xəstəliktörədici həşəratlara qarşı mübarizə tədbirləri həyata keçiriblər. Eyni zamanda yaylaqda baytar həkimlər tərəfindən mal-qara müayinə edilib, bir sıra xəstəliklərə qarşı peyvəndləmə işləri görülüb. Qeyd edək ki, bu tədbirlərin rayon ərazisində yerləşən digər yaylaqlarda da aparılması nəzərdə tutulub.

                                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: