Oba sakinlərinə tibbi xidmət göstərilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayon Mərkəzi Xəstəxanasının həkim briqadası və rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları  Dəmirli yaylağındakı oba sakinlərinə tibbi xidmət göstəriblər.

Oba sakinləri  profilaktik  tibbi müayinəyə  cəlb olunub. Müayinələr zamanı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə edilib, onların müalicəsi ilə bağlı lazımi  dərmanlar verilib.   Həmçinin oba sakinlərinə  ticarət  xidməti də göstərilib. Onlar üçün ərzaq  və lazım olan digər  məhsulların satışı təşkil olunub.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları isə  yaylaqda torpaq və sudan analiz etmək üçün nümunələr götürüblər.

Obalarda tibbi xidmət mövsüm boyu davam etdiriləcək.

                                                                          Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: