Culfa rayonunda multikulturalizmlə bağlı tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində “multikulturalizm və dini məsələlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin  başçısı Şükür Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələri hüquqi və siyasi müstəvidə bərpa edilərək keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Vurğulanıb ki, ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlar yüksək səviyyədə qeyd edilir. Muxtar respublikanın məscidlərində İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, yeni mərasim evləri tikilərək istifadəyə verilir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi bu qədim diyardakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Bu əlamətdar hadisə tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi tanınan Naxçıvanda İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasını göstərir

Diqqətə çatdırılıb ki, Culfa rayon Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası   cari ilin ötən dövrü ərzində iş planı tərtib edib və həmin plana əsasən nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə nail olunub. Bəhs edilən dövr ərzində komissiya  milli mənəvi dəyərlərimizə zidd, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirici tədbirlərin keçirilməsinə üstünlük verib. Culfa şəhərində, eləcə də kəndlərdə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda mütəmadi  iclaslar keçirilib.

Tədbirdə müvafiq qurumların əməkdaşları mövzu ətrafında çıxış ediblər.

                                                             Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: