Culfada torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar müşavirə keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  Xidmətin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa  rayonunun Əbrəqunus kəndində keçirilən seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması və xəritələşdirilməsi, əkin atlaslarına uyğun əkinlərin aparılması, torpaqların mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər, torpaq-iqlim xüsusiyyətləri və rayonlaşma nəzərə alınmaqla meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması, etiketlənməsi, meyvə-tərəvəzlərin, o cümlədən bostan məhsullarının qurudulması və qablaşdırılması barədə iştirakçılara məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb, maarifləndirici bukletlər təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nı təsdiq olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: