Balaca istedadlılar tullantını sənət əsərinə çeviriblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Tullantılardan   sənətə”    mövzusunda  mərkəzin dərnək üzvlərinin  əl işlərindən ibarət   sərgi -müsabiqə  keçirilib.

Müsabiqədə mərkəzdə fəaliyyət göstərən müxtəlif dərnək üzvlərinin əl işləri nümayiş olunub.

Onların yaradıcılıq nümunələri digərlərindən bir qədər fərqli və qeyri-adiliyi bu sərgi-müsabiqədə nümayiş olunan əl işlərini maraqlı edən sadəcə onların görkəmi deyil, hazırlanma texnologiyasıdır. Buradakı əl işləri əsasən tullantılardan hazırlanıb.

Sərgidə tədris ili boyunca dərnək üzvlərinin müxtəlif mövzularda  hazırladıqları 100-ə yaxın əl işi  nümayiş  olunub. 

Əl işləri nümayiş olunan  dərnək üzvləri  diplomla təltif  olunublar.  

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: