Tibb ocaqlarında payız- qış mövsümünə hazırlıq görülür

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar  kollegiya iclası keçirilib.  Nazir Niyazi Novruzov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyə bir sıra tapşırıqlar verilib.

Hazırda qışa hazırlıq məqsədilə tibb müəssisələrində elektrik xətləri, transformator, generatorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən nəzarət qaydası ilə yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.

Yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir.

Sonra məruzə ətrafında çıxışlar olub.

                                                                              Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: