Naxçıvan şəhərində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə görüş keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş zamanı ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, əkin atlaslarına uyğun əkinlərin aparılmasının üstünlükləri, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması, etiketlənməsi, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, meyvə-tərəvəzlərin qurudulması ilə bağlı təsərrüfat sahiblərinə mütəxəssis məsləhətləri verilib.

Görüş Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin Bioresurslar  İnstitutunun və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: