Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları vaksinasiya olundu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq növbəti mərhələdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşlarına peyvənd vurulub.
Vaksinasiya tədbirlərinin aparılması üçün nazirlikdə xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib. Vaksinasiyaya cəlb edilən əməkdaşlara təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub və heç bir narahatlıq müşahidə olunmayıb. Vaksinasiya prosesindən nazirliyin 150-dən artıq əməkdaşı yararlanıb.
Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçiriləcək.
Röyal Kərimov