FHN-in 578 nəfər əməkdaşı “COVİD-19”a qarşı peyvənd olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi aparatı və struktur qurumlarının əməkdaşları COVID-19 virusuna qarşı peyvəndə cəlb edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vaksinasiya prosesinə 578 nəfər cəlb edilib, 56 nəfər hər iki dozanı vurduraraq pasport alıb. Nazirlik əməkdaşlarının 193 nəfəri 1-ci dozanı vurdurub, qalan 329 nəfərin peyvənd olunması həyata keçiriləcək.
Vaksinasiya tədbirlərinin aparılması üçün nazirlikdə xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib.
Nazirliyin və yerli qurumlarının vaksinasiyaya cəlb edilən əməkdaşlarına təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub və heç bir narahatlıq müşahidə olunmayıb.
Fövqəladə Hallar Nazirliyi aparatı və strukturlarının vaksinasiyası həftə boyu davam edəcək. 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçiriləcək.
Mahmud Hüseynov