Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb - FOTOLAR
Bu ilin yanvar-iyul aylarında Naxçıvanda 267 milyon 560 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 14144 ton, süd istehsalı 62439 ton olub.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı isə 1,8 faiz artıb.