Kəngərli rayonundan 21 gənc Vətən müharibəsində qəhrəmanlıq zirvəsinə yüksəlib - FOTOLAR

A- A A+

Kəngərli rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vətən müharibəsi zamanı Azərbaycan respublikası ərazilərinin, o cümlədən Füzulinin  işğaldan azad edilməsi uğrunda döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş  şəhidlərin ailə üzvlərinə və qazilərə  medallar təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Vətən müharibəsində rayondan döyüşlərə yollanan 21 gənc vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə şəhidlərdən baş leytenant Məmmədli Sübhan Səbuhi oğlu, leytenant Əsgərov Elçin Yalçın oğlu və Vətən müharibəsi iştirakçısı Qənbərov Əsgər Naib Əyyub oğlu "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Tədbirin sonunda  şəhid ailələrinə və müharibə iştirakçısına medallar təqdim edilib.

 

Mahmud Hüseynov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: