Naxçıvan şəhərində Füzulinin azad olunması uğrunda döyüşənlərə medallar təqdim edilib - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vətən müharibəsi zamanı Azərbaycan respublikası ərazilərinin, o cümlədən Füzulinin  işğaldan azad edilməsi uğrunda döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş  şəhidlərin ailə üzvlərinə və qazilərə  medallar təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin rəis müavini polkovnik-leytenant  Sultan Zamanov çıxış ediblər.

Vurğulanıb ki, 44 gün davam edən Vətən  müharibəsində  Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etdi. Bu döyüşlərdə Naxçıvan şəhərindən 15 vətən oğlu böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalıb.  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə onlar ölümündən sonra müxtəlif orden və medallara layiq görülüblər.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən şəhid  baş leytenant Zeynalov Elnur Elsevər oğlu, qazilər, kiçik çavuş Məmmədov Nifti Akif oğlu və  əsgər Süleymanov Mövləddin Elman oğlu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar.

Tədbirdə şəhid ailəsinə və qazilərə medallar təqdim olunub.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: