Sədərək rayonunun iki kəndində mərasim evi tikilir - FOTOLAR

A- A A+

Muxtar respublikada quruculuq tədbirləri genişləndikcə qədim yurdumuzun kənd yaşayış məntəqələri də öz simasını əsaslı surətdə dəyişir. Bunun nəticəsində ayrı-ayrı ünvanlarda müxtəlif təyinatlı obyektlər inşa olunur, mövcud obyektlər yenidən qurulur, onların maddi-texniki bazaları gücləndirilir.

Qısa müddət ərzində Dəmirçi kənd ərazisində aparılan müsbət dəyişiklik sakinlərin ürəyincədir. Həyata keçirilən genişmiqyaslı təmizlik, abadlıq, quruculuq işləri uğurla davam etdirilir. Tikilməkdə olan mərasim evi sakinlərin yas mərasimlərini rahat keçirmələrinə şərait yaradacaq. Mərasim evi kişilər üçün 268 yerlik və qadınlar üçün isə 144 yerlik olan iki mərasim zalı, yardımçı otaqlar, mərkəzi istilik sistemi, soyuducu avadanlıqlar və mətbəxdən ibarət olacaq. Mərasim evinin ümumi sahəsi 578 kvadratmetr olacaq. Hazırda inşaat işləri davam etdirilir.

Rayonun Sədərək kəndində tikilən mərasim evində də yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amilinə ciddi diqqət yetirilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir, texniki təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır. Rayonun ən böyük kəndi olan Sədərək kəndində tikilən bu mərasim evi hər biri 185 kvadratmetr olan iki mərasim zalı, qazanxana və mətbəxdən ibarət olacaq. Ümumi sahəsi 525 kvadratmetr olan mərasim evinin həyətində avtomobil parkı da yaradılacaq. Hazırda binanın çölündə suvaq işləri görülür, üzlənmə işi aparılır.

                                                                      “Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: