FHN Günəş Elektrik Stansiyasında taktiki-xüsusi təlim keçirib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən  Naxçıvan “Günəş” Elektrik Stansiyasında “Elektrik stansiyalarında yanğınların qarşısının alınması və söndürülməsi zamanı idarəetmə orqanları və qüvvələrin fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimə Fövqəladə Hallar Nazirliyi aparatının və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq vəzifəli şəxsləri, Naxçıvan şəhər, Babək və Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələri, Böhrаn Vəziyyətlərində İdаrəеtmə Mərkəzinin “112" qaynar telefon xətti, “101” xidməti əməkdaşları və Naxçıvan “Günəş” Elektrik Stansiyasının rəhbərliyi cəlb olunub.

Təlimin keçirilməsində məqsəd stansiyada ehtimal olunan yanğınlar zamanı yаrаnа biləcək vəziyyətin qiymətləndirilməsi və qərarın qəbulu üzrə təlim iştirаkçılаrınа təcrübə qаzаndırmаq, həmçinin  yanğınların operativ və cəld söndürülməsi üçün qüvvə və vasitələrin düzgün bölüşdürülməsinə, yanğınsöndürmə texnikalarının hərəkətinin məhdud olduğu ərazilərdə əlaltı vasitələrlə yanğının söndürülməsinə nail olmaqdan ibarət olub.

Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: