Naxçıvanda dezinfeksiya tədbirlərinin növbəti mərhələsi başladı:iki milyon kvadratmetrdən artıq ərazi dezinfeksiya edildi - VİDEO
Naxçıvanda əhalinin sağlamlığının qorunması məqsədilə virus əleyhinə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. Bu da sanitar epidemioloji vəziyyətin stabil saxlanılmasına zəmin yaradır. İnfeksiyaların, yolxucu xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə növbəti geniş miqyaslı dezinfeksiya tədbirlərinə başlanılıb. Tibbi-profilaktik tədbirlər sentyabrın 12-dək davam etdiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Röyal Kərimov