NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, agentlik payız-qış mövsümündə yolların qardan təmizlənməzi üçün texnikaların işlək vəziyyətdə olmasını və qum ehtiyatı yaradılmasını təmin etməlidir.
Soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalara baxış keçirilib. Fəhlə və mexanizatorların mövsümlə əlaqədar iş paltarları ilə təmin olunması nəzərdə tutulub. Eyni zamanda avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılıb. Şorsu massivindən xammal daşınaraq 600 kubmetr ehtiyat yaradılıb. Bundan başqa agentlik istismar olunan yollarda əsaslı və orta təmir işlərini, eləcə də yol kənarlarında olan materialların yoldan kənarlaşdırılması işlərinin bu ilin oktyabr ayının sonunadək başa çatdıracaq.
Sonda payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb.
Vaqif Ağalarov