Naxçıvanda vergi əməkdaşları virusa qarşı vaksinasiyaya cəlb edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və vergi orqanları strukturlarının əməkdaşlarına COVID-19 virusuna qarşı ikinci doza vaksin vurulub.

Dövlət Vergi Xidməti, eləcə də xidmətin Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən idarə və şöbələrinin 200-dən artıq əməkdaşı vaksinasiyaya cəlb edilib. Peyvəndləmədə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksinindən istifadə edilib və heç bir narahatlıq müşahidə olunmayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevral ayından etibarən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının vaksinasiyası həyata keçirilir.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: