Naxçıvan şəhərində növbəti şənbə konserti olacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 18-i saat 20:00-da Naxçıvan şəhərindəki Saat Meydanında konsert proqramı olacaq. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin  “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı – 2018” devizi altında təşkil etdiyi konsertdə Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı çıxış edəcək. Kollektivin   repertuarına yeni mahnılar və maraqlı  musiqi nömrələri daxil edilib. Həftə sonunda mənalı  istirahət etmək istəyən hər kəs-şəhərimizin sakinləri və  qonaqları konsert proqramını izləyə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: