Muxtar respublikada avtovağzalların mövsümə hazırlığı diqqətdə saxlanılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq xüsusi komisiya yaradıb. Məqsəd nəqliyyatın intensiv hərəkətinin təmin edilməsini daim diqqət mərkəzində saxlamaqdır. Hazırda muxtar respublikada fəaliyyət göstərən 303 avtobus və mikroavtobus müayinədən keçirilir.
Muxtar respublikadakı avtovağzalların mövsümə hazırlığı da diqqətdə saxlanılır.
Qeyd edək ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobusun alınması əhalinin şəhərdaxili marşrutlarda rahat hərəkətinin təmin olunmasında, sərnişindaşıma xidmətinin nümunəvi təşkilində mühüm rol oynayır.
Röyal Kərimov