Muxtar respublikada internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin səlahiyyətli mütəxəssislərinin iştirakı ilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılıb.

Monitorinqlər zamanı rabitə xətlərinə və abunə qurğularına baxış keçirilir, internet qırılmalarına səbəb olan yararsız kabellər aşkar edildiyi təqdirdə rayon rabitə idarələrinin əməkdaşları tərəfindən yeni kabellərlə əvəz edilir, internet xətlərində yaranan nasazlıqlar qısa zamanda aradan qaldırılır. Monitorinqlər zamanı müasir standartlara cavab verən siqnal ölçmə cihazından istifadə edilir.

Qeyd edək ki, monitorinqlər digər rayonları da əhatə edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: