NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən Culfa şəhərindəki hərbi hissəyə aparılan sovqat əsgərlərə təhvil verilib.
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları hərbi qulluqçularla görüşüb, onlara meyvə, tərəvəz və bal məhsulları təqdim ediblər. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, muxtar respublikada xalq və ordu arasında birliyin nümunəsi olaraq bu cür tədbirlər tez-tez həyata keçirilir.
Mədinə Rəhimli