18 ton üzüm və 5 ton alma əsgərlərə sovqat verilib - FOTOLAR
Muxtar respublikada hərbi hissələrə sovqatların verilməsi davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti dəfə xalq-ordu birliyinə nümunə olaraq əsgərlərimiz üçün Babək rayonunun Nehrəm qəsəbəsində fəaliyyət göstərən “Sumqala” Üzümçülük Təsərrüfatında yetişdirilən 18 ton üzüm və 5 ton alma Naxçıvan Qarnizonuna təhvil verilib.
Bu münasibətlə əsgərlərlə keçirilən növbəti görüşdə təsərrüfatın baş aqronomu İsgəndər Abdullayev muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğıdan bəhs edib, əsgərlərə sovqat verilməsini xalq-ordu birliyinin möhkəm təməllərə əsaslandığının göstəricisi olduğunu deyib. Zabit, polkovnik-leytenant İlkin Nəsirov, mayor Orxan Seyidov və əsgər Əli Əhmədov xalq-ordu həmrəyliyindən danışıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Mahmud Hüseynov