Naxçıvan Muxtar Respublikasının rayonlarında vətəndaşlarının muzeylərə marağı artıb. Tariximizin və milli dəyərlərimizin saxlanc yeri olan muzeyləri minlərlə insan ziyarət edir. NUHÇIXAN-ın məlumatına görə Babək rayonunda Mədəniyyət Şöbəsinin nəzdində Tarix–Diyarşünaslıq və Nehrəm kəndində Cəlil Məmmədquluzadənin Xatirə muzeyləri fəaliyyət göstərir. Bu ilin yeddi ayı ərzində bu muzeyləri 5 min 192 nəfər ziyarət edib. Onlardan 1910-u Tarix–Diyarşünaslıq, 3282-si isə Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə muzeyinin payına düşür.