Xüsusi qayğıya ehtiyacı olan uşaqlar tamaşaya baxıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar üçün Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşa təşkil olunub.

25 uşağın seyr etdiyi tamaşa Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən təqdim olunub.

Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşası balaca tamaşaçılar üçün olduqca maraqlı olub.

                                                  Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: