Nehrəm və Cəhri qəsəbələrində də məktəbli yarmarkaları təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Babək şəhərində və rayonun iri yaşayış məntəqələri olan Nehrəm və Cəhri qəsəbələrində də məktəbli yarmarkaları təşkil edilib. 

Babək şəhərindəki bazar kompleksində təşkil edilən məktəbli yarmarkasına 22 ticarət obyekti tərəfindən 55 adda məktəbli geyimləri və digər ləvazimatlar satışa çıxarılıb.

Yarmarkada müxtəlif sahibkarlıq subyektləri tərəfindən satışa çıxarılan məktəbli geyim və ləvazimatları keyfiyyətli olmaqla yanaşı, həm də bazar qiymətlərinə nisbətən 15-20 faiz ucuzdur. Bu isə alıcıları, xüsusən də valideynləri razı salır.

Bu gün, həmçinin rayonun ən iri yaşayış məntəqələri olan Nehrəm və Cəhri qəsəbələrində də məktəbli yarmarkaları təşkil edilib. Yarmarkalar sentyabrın 15-dək davam edəcək.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: