Tviter sosial şəbəkəsində yeni funksiya işə salınıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, bu funksiya xoşagəlməz ifadə və təhqir olan şərhləri aradan qaldıracaq.
Funksiya ötən gündən etibarən tətbiq edilməyə başlayıb. Yeni təhlükəsizlik rejimi arzuolunmaz söz və söz birləşmələri daxil olmaqla, təkrarlanan cavablar və ya şərhlərə görə yeddi gün ərzində hesabları blok edəcək.