Şahbuzun qoruq və yaşıllıqları zərərverici həşəratlara qarşı növbəti dəfə dərmanlandı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun yaşıllıq sahələrində aparılan dərmanlama tədbirlərinə Ağbulaq kəndi ərazisindən başlanılıb.

Dərmanlama tədbirləri Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində də davam etdirilib. Yaşıllıq sahələri, ağac və kol bitkiləri zərərverici həşəratlara qarşı xüsusi məhlulla  dərmanlanıb.

Qeyd edək ki, qoruq və yaşıllıq sahələrində gicitkən və şeytanqanqalı adlanan kəpənək tırtılları isti hava şəraitində inkişaf edərək ərazidəki ağaclara və kol bitkilərinə ziyan verir. Dərmanlama Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən birgə  həyata keçirilib.                   

                                Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: