Operativ Qərargah: Azərbaycana gələn əcnəbilər COVID-19 pasportu tələb edilən obyektlərə daxil ola bilərlər

A- A A+

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, həmin şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.

Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: