İnternet verilişində qırılmaların qarşısının alınması məqsədilə Şərur rayonunda monitorinqlər davam edir - FOTOLAR
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınması məqsədilə Şərur rayonunun kəndlərində monitorinqlər davam edir. Monitorinqlər zamanı mövcud olan internet xətlərinə və avadanlıqlara baxış keçirilir.
Nazirliyin mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər sakinlərin rahatlıqla internet xidmətlərindən istifadəsinə şərait yaradır.