“Whatsapp” istifadəçiləri sonuncu dəfə onlayn olduqları vaxtı gizlədə biləcəklər

A- A A+

Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - “Whatsapp” yeni funksiyasını təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, bu funksiya istifadəçilərə sonuncu dəfə onlayn olduqları vaxtı gizlətməyə imkan verəcək.

Bu zaman kimlərdən gizlənməyi istifadəçilər özləri seçəcəklər. Bunun üçün menyuda 4 bölmə - “Everyone” (hər kəs), “My contacts” (mənim kontaktlarım), “My contacts except” (mənim kontaktlarım istisna olmaqla) və “Nobody” (heç kim) əlavə edilib.

Yeni funksiya ilk öncə "iOS" əməliyyat sistemində aktivləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: