Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavirə olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavirə keçirilib. Keçirilən müşavirədə nazir Mayis Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirlik qarşısına qoyulan tapşırıqları diqqətə çatdırıb. Bildirib ki, verilən tapşırıqlara əsasən, nazirlik payız mövsümündə yeni yaşıllıqların salınmasını, qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini təmin etməlidir.  Eyni zamanda muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq işlər görülməli, qida ehtiyatı yaradılmalıdır.

Nazir bildirib ki, tapşırıqların icrası məqsədilə artıq yerlərdə əməli tədbirlərə başlanılıb. Diqqətə çatdırılıb ki,   nazirliyin istehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi aid idarə və müəssisələrlə birlikdə 2021-ci ilin payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlara başlamalı və ting ehtiyyatı müəyyənləşdirilməlidir.

Mövcud texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməli, seçilmiş ərazilərdə torpaq hazırlığı işləri aparılmalı, torpaq-iqlim xüsusiyyətlərinə uyğun əkin keçirilməsi təmin edilməlidir. Əsas diqqət toxum tədarükünə yönəldilməli, payız və yaz mövsümündə yaradılacaq toxmacarlıqlarda əkin işləri icra olunmalıdır.

Vurğulanıb ki, qurumuş ağaclar müəyyənləşdirilməli, kəsilərək hərbi hissələrə verilməlidir. Meşə fondu ərazilərinin talalarında kəsilmiş quru ağacların yerində yeni yaşıllıqların və tinglərin salınması həyata keçirilməlidir. Xüsusi mühafizə statuslu idarələr və balıq mühafizə stansiyası tərəfindən brokonyerliyə, qanunsuz ova qarşı ciddi mübarizə aparılmalı, reydlər və maarifləndirmə tədbirləri davam etdirilməlidir.

Mayis Əliyev deyib ki, bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq işlər görülməli və qida ehtiyatı yaradılmalıdır. Daş duz, qaba yem ehtiyatı indidən fauna ehtiyatlarının daha sıx məskunlaşdığı, o cümlədən miqrasiya etdikləri yerlərdə toplanılmalıdır. Yay-qış otlaq sahələrində ekoloji monitorinqlər aparılmalı, yaylaq mövsümü başa çatdıqdan sonra oba ərazilərində təmizlik işləri diqqətdə saxlanılmalı və kaşarlarda dezinfeksiya işləri təşkil edilməlidir.

Müşavirədə nazirliyin İstehsalın Təşkili, Planlaşdırılması və Geologiya Şöbəsinin müdiri Şövqi Əliyev, Hidrometeorologiya İdarəsinin müdiri Tural Səfərov, Şahbuz Dövlət Təbiət Qorğunun direktoru Həsənqulu Kərimov və digər çıxış edənlər   təmsil etdikləri sahələrdə payız-qış mövsümünə hazrlıqla bağlı məlumat veriblər.

Sonda nazirlik tərəfindən payız-qış mövsümü ilə əlaqədar  hazırlanan tədbirlər planı təsdiq edilib.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: