Məktəbli yarmarkalarında çeşid çox, qiymət münasibdir - FOTOLAR
Artıq 8 gündür ki, Naxçıvan şəhərindəki mərkəzi bazarda keçirilən məktəbli yarmarkasında lazımi məktəbli ləvazimatları sərfəli qiymətlərlə alıcılara təklif edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 3-ü istehsal müəssisəsi olmaqla, 23 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada 51 adda dərs ləvazimatı, məktəbli və idman formaları, müəllimlər üçün metodik vəsaitlər mövcuddur.
Yarmarkada məktəbli dəsti 30-50 manat, pencək 19-32 manat, şalvar 11-18 manat, ətək 11-18 manat, məktəbli çantası 5-45 manat aralığında, həmçinin digər ləvazimatlar da münasib qiymətlərlə alıcılara təklif olunur.
Bu il ilk dəfə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən hazırlanan müxtəlif dərs ləvazimatları yarmarkaya çıxarılıb və bu da alıcıların daha çox diqqətini çəkib.
Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək məktəbli yarmarkaları Naxçıvan şəhərindəki mərkəzi bazarda və muxtar respublikanın rayon mərkəzlərində hər gün səhər saat 9.00-dan 14.00-dək xidmət göstərir.
Ərhan Novruzov