Nevroloqlar bir sıra xəstəliklərin müalicəsində soyuqdan istifadə ediblər

A- A A+

Rusiyanın Skolkovo İnnovasiya Mərkəzinin alimləri yeni icad-unikal soyuducu dəbilqəni cəmiyyətə təqdim ediblər. Mütəxəssislər bildiriblər ki, bu yeni icad insult və kəllə beyin travmaları zamanı ilk saatlarda ağır fəsadların qarşısını almağa kömək edə bilər.

NUHÇIXAN MedDaily saytına istinadla xəbər verir ki, yeni icad vasitəsilə bədənin ümumi hərarətini stabil saxlanmaq şərti ilə orqanizmin müəyyən hissələrini soyutmaq mümkündür. Dəbilqənin istifadə sahələri genişdir-narkologiya, nevrologiya, neonatologiya, artrologiya, tibbi idman. Artıq 600 pasiyentin müalicəsində qurğudan istifadə edilib. Sübut olunub ki, beynin soyudulması neyronların məhv olmasının qarşısını almağa, təkrar dəyişikliklər dövrünü uzatmağa və beyin hərarətinin artması ilə müşayiət olunan travmalar zamanı yaranan patoloji vəziyyətlərdə problemin ağırlıq dərəcəsini aşağı salmağa kömək edir. Buna insultlar, kəllə-beyin travmaları, kəskin alkoqol psixozları və miqren aiddir. Bundan əlavə beynin hərarətini kontrollu şəkildə bir neçə dərəcə aşağı salmaqla Alsheymer xəstəliyinin inkişafının qarşısını almaq olar. İdman tibbində isə bu dəbilqə baş travmalarının müalicəsi və yorğunluğu aradan qaldırmağa kömək edə bilər.

Elm adamlarının sözlərinə görə istifadə olunduğu bu az müddətdə dəbilqə ölüm göstəricilərinin iki dəfə azalmasına kömək edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: