Şahbuzda yeni qapalı suvarma sistemlərinin qurulması 340 hektar ərazini su ilə təmin edəcək - VİDEO

A- A A+

Şahbuz Rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisini əhatə edən torpaq sahələrində yeni qapalı suvarma sistemləri qurulur. Qapalı suvarma sistemi istifadəyə verildikdən sonra bu ərazilərdə əvvəllər suvarılmayan 340 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatacaq. Şəbəkənin tikildiyi ərazidə 12  kilometrə yaxın suvarma xəttinin çəkilməsi, 50-dən artıq supaylayıcı hovuz və suvarma hidrantının və 60 siyirtmənin quraşdırılması nəzərdə tutulub.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: