Çeşid bol, qiymətlər münasib... - Valideynlər məktəbli yarmarkasından razılıq edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq bir neçə gündür ki, Naxçıvan şəhərindəki Mərkəzi bazarda məktəbli yarmarkası təşkil olunur. Nəticədə valideynlərin də qayğıları xeyli azalıb. Çünki yarmarkada çeşid bol, qiymətlər isə münasibdir.

Həmçinin muxtar respublikanın bölgələrində də analoji tədbirlər keçirilir ki, bu da valideynlərə uzaq məsafə qət etmədən övladlarına lazım olan məktəbli ləvazimatlarını rahat şəkildə almalarına imkan verir. Yarmarkada qiymətlərin ucuz olması və çeşid zənginliyi hər kəsin ürəyincədir. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır.

Yarmarkada məktəbli ləvazimatları ilə yanaşı, dərs vəsaitləri, test kitabçaları, bədii ədəbiyyat nümunələri, eləcə də müəllimlər üçün metodik və tədris vəsaitləri də satılır.

Qeyd edək ki, məktəbli geyimlərinə olan tələbat əsasən yerli istehsal hesabına ödənilir. 3-ü istehsal müəssisəsi olmaqla, 23 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada 51 adda dərs ləvazimatı, məktəbli və idman formaları, müəllimlər üçün metodik vəsaitlər mövcuddur.

Sentyabrın 15-dək davam edəcək məktəbli yarmarkaları muxtar respublikanın rayonlarında da təşkil olunur.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: