Naxçıvanda təlim-tədris müəssisələrinin dezinfeksiyası davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təlim-tədris müəssisələri dezinfeksiyaya cəlb olunub.

Bu gün Heydər Əliyev adına Hərbi Liseydə aparılan tibbi-profilaktik və dərmanlama işləri liseyin qərargah binasını, yataqxana, tədris korpusunu, yeməkxana və digər əraziləri əhatə edib. “Naxçıvan” Universitetində isə tədris korpuslarının, tələbə yataqxanasının, Heydər Əliyev adına məktəbin, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin, Naxçıvan Regional Peşə Tədris Mərkəzinin ətrafları, girişləri, daha çox istifadə olunan yerlər, uşaq bağçalarında atraksionlar və digər ərazilər dezinfeksiya olunub.

Qeyd edək ki, Naxçıvanda mütəmadi aparılan geniş miqyaslı dezinfeksiya işləri sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Aparılan məqsədyönlü tədbirlərin müsbət nəticəsidir ki, ölkəmizdə koronavirusa 0,06 faizlə ən az yoluxma faktı muxtar respublikada qeydə alınıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: