Avqust ayında muxtar respublikada daha 506 abonent internetlə, 185 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub

A- A A+

Muxtar respublikada əhaliyə rabitə və internet xidmətlərinin göstərilməsi ötən ay da uğurla davam etdirilib.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, stasionar telefon şəbəkəsinin genişləndirilməsi və əhalinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması məqsədilə avqust ayı ərzində muxtar respublika üzrə 185 abonent yeni stasionar telefon xətti ilə, 506 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə 1 fərdi mənzilə fiber-optik xətt çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.

Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə şəhər, rayon və kəndlərdə müvafiq işlər görülüb. Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Mirzə Ələkbər Sabir və Yunis Cabbarov küçələrində, Xətai və Atabəylər məhəllələrində, Əliabad qəsəbəsində, Şərur rayonunun Çərçiboğan və Dərvişlər kəndlərində, Culfa rayonunun Kırna kəndində, Ordubad rayonunun Aşağı Əndəmic, Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri  kəndlərində  xətt təsərrüfatında əsaslı təmir işləri aparılıb. Həmçinin internet verilişində qırılmaların qarşısının alınması məqsədilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: