Naxçıvanda bu gün də təlim-tədris müəssisələrində tibbi-profilaktik tədbirlər həyata keçirilib - VİDEO
Muxtar respublikada aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri artıq bir neçə gündür ki, təlim-tədris müəssisələrini də əhatə edir. Yeni tədris ilinə hazırlıqla əlaqədar virus infeksiyalarına qarşı tibbi-profilaktik tədbirlər intensivləşdirilib.
Bu gün də səhər saatlarından etibarən Naxçıvan şəhərində fəaliyyət göstərən təlim-tədris müəssisələri tibbi-profilaktik tədbirlərə cəlb olunub.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Röyal Kərimov