Culfa rayonunda yenidən qurulan yaşayış binasında son tamamlama işləri görülür

A- A A+

Muxtar respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Belə ünvanlardan biri də Culfa şəhəridir. Culfa rayonunda da aparılan kompleks quruculuq tədbirləri sırasında yaşayış binalarının tikintisi və əsaslı şəkildə təmiri başlıca yer tutur. Rayon mərkəzinin Elşad Nağıyev küçəsində mövcud olmuş obyektdə inşaat işləri aparılır. Burada nəzərdə tutulmuş üçmərtəbəli yaşayış binasının inşasına ötən ilin iyul ayından başlanılıb. İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi həyata keçirib. Artıq tikinti işləri tamamilə başa çatdırılıb. 18 mənzilli yaşayış binası iki girişdən ibarətdir. Mənzillərdən 12-si üçotaqlı, 6-sı isə ikiotaqlıdır. Bütün mərtəbələrdə elektrik, istilik, kanalizasiya sistemi quraşdırılıb, su xətti çəkilib. Binanın bütün mərtəbələrində kafel döşəmə işləri həyata keçirilib. Binanın fasad hissəsində möhkəmliyi təmin etmək üçün beton gücləndiricilər qurulub. İnşaat işlərinin yerinə yetirilməsində yerli inşaat materiallarından istifadə olunub, keyfiyyət amilinə ciddi diqqət yetirilib. Yenidən qurulmuş yaşayış binasında hazırda son tamamlama işləri görülür. Belə ki, binanın həyətində uşaqlar və sakinlərin istirahəti üçün park, avtomobillərin saxlanılması üçün dayanacaq yaradılır.

                                                                             “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: