Rabitə mütəxəssislərinin cəlb olunduğu ixtisasartırma kursları yekunlaşıb

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin şəhər, rayon rabitə idarələrində çalışan rabitə mütəxəssislərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına qrup halında cəlb olunmaları yekunlaşıb. Naxçıvan şəhər və Babək rayon rabitə idarələrinin ümumilikdə 48 əməkdaşı Naxçıvan Regional Peşə Tədris Mərkəzində, Şərur Rayon Rabitə İdarəsinin isə 9 əməkdaşı Şərur Texniki-Peşə və Sürücülük Məktəbində ixtisasartırma kurslarında iştirak ediblər. Tədris müddəti bir ay davam edən kurslar 3 mərhələdə həyata keçirilib.

Kursları 57 nəfər tədrisi müvəffəqiyyətlə bitirib. Kursun sonunda müdavimlər peşə-ixtisas təhsili haqqında müvafiq hüquqi sənədlə (şəhadətnamə) təmin olunublar.

“Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” üzrə ixtisasartırma kurslarında təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası və xidmət mədəniyyəti barədə dərslər tədris olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: