Naxçıvan-Sədərək magistral yolunun kənarında salınan püstə bağı yeni tinglərlə zənginləşdirilib - FOTOLAR

210

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  Naxçıvan-Sədərək magistral yolunun kənarında yeni salınan 2 hektarlıq püstə bağında bərpa məqsədilə yeni tinglər əkilir. Əraziyə əkilən püstə tingləri  dibçəklərdə yetişdiriməsi isə tinglərin daha intensiv inkişafına və məhsuldar olmasına şərait yaradır.

Həm qida sənayesi, həm də iqtisadi cəhətdən səmərəsi nəzərə alınaraq Naxçıvanda püstə əkini və becərilməsi uğurla davam etdirilir. 2015-ci ildə Naxçıvan-Sədərək avtomobil yolunun kənarında salınan püstə bağının ərazisi hazırda 100 hektardır.

Ötən il Sement Zavodunun ətrafındakı ərazidə isə yeni püstə bağı salınıb. Bağda mövsümə uyğun olaraq ağacəkmələr həyata keçirilir, tinglərə qulluq göstərilir.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: