Bu gün COVID-19 əleyhinə 60 min dozadan çox peyvənd vurulub

A- A A+

Sentyabrın 16-da Azərbaycanda 60 min 384 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 min 73 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 806 min 235, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 570 min 812, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 235 min 423 nəfər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: