Smartfonu yatağınıza yaxın qoymayın

A- A A+

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib.

Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olaraq artır- yəni smartfonla daha az vaxt keçirmək lazımdır.

“Ümumi qayda telefonu qucaqlayıb yatmamaqdır: onu nə yastığın altına, nə də yanınızdakı yatağa qoymayıb. Başınıza bir metr, azı yarım metr məsafədən yaxın saxlamamaq daha yaxşıdır”, - deyə mütəxəssis məsləhət verib.

Yastrebtsev telefonu uzaq tutmaq üçün simsiz qulaqlıqlardan istifadəyə keçməyi də tövsiyə edib. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: