Muxtar respublikada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 58 əcnəbi aşkarlanıb

A- A A+

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbaut xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib. Belə ki, muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 58 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Həmçinin ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 468 müraciət daxil olub. Daxil olan müraciətlərdən 102-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 366 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 88-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: